Əlaqə Arxiv
news Image
2017.10.04
17:27
| A A A
Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, Afiq Qəhrəmanov 10 il, Rəşadət Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər. 

İttihama görə, onlar İŞİD terror təşkilatının sıralarında döyüşüblər. Onlar DTX tərəfindən keçirilən antiterror tədbirləri nəticəsində saxlanılıblar. Hər iki şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər. 

Sizin Reklam Yeriniz