Əlaqə Arxiv
news Image
2017.10.05
13:50
| A A A
Bakı-Quba yolunda qəza: 2 Türkiyə vətəndaşı yaralandı

Bu gün gecə saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 74-cü km-də, Siyəzən rayonu ərazisində “Toyota Prado” avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə minik maşınında olan iki Türkiyə vətəndaşı xəsarət alıb. Turha Tozkoparan və Burhan Şimşək Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Hər iki şəxs bu gün səhər saatlarında Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz