news Image
2017.10.05
13:10
| A A A
Prokuror quldurluqda təqsirləndirilən dəstə üzvlərinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında S.Cəfərovla R.Azadovun hər birinin 11 il, digər şəxslərin isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Bakı şəhər sakini Pərvin Əliyev “102” Zəng Mərkəzinə müraciət edərək bu il yanvarın 14-də gecə saatlarında işdən evə gedən zaman naməlum şəxslərin ona hücum etdiyini və fiziki zor tətbiq etdikdən sonra cibində olan 7000 manat pulu ələ keçirdiklərini bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Əliyevin 7000 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Saatlı rayon sakinləri T.Ağahüseynov, S.Cəfərov, N.Aydınov və əvvəllər məhkum olunmuş R.Azadov tutulublar.
Dəstə üzvləri hadisə yerinə S.Cəfərovun avtomobili ilə gediblər. Bunun müqabilində onlar quldurluq yolu ilə əldə etdikləri puldan sürücüyə 1750 manat pul veriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs