Əlaqə Arxiv
news Image
2017.10.05
13:30
| A A A
Bakıda marşrut avtobusunda bıçaqlama – Təfərrüat

Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib. Movqe.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Bakı sakini Məmməd Camalov gecə saatlarında 62 saylı marşruta minərkən bıçaqlanıb.

Yaralı avtobusdakı sərnişinlərin köməyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun bədənində iki bıçaq xəsarəti aşkar ediblər. Məmməd Camalovun vəziyyətinin ağır olduğu bildirilir.

Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməliyyat qrupunun hadisə ilə bağlı apardığı araşdırması zamanı məlum olub ki, Məmməd Camalovu soyğunçular bıçaqlayıb. O, avtobusa minərkən iki nəfər yaxınlaşaraq üzərindəki mobil telefonu almaq istəyib.

Avtobusdan aşağı düşən Məmməd Camalov həmin şəxslərlə dalaşıb. Dava zamanı soyğunçular Məmmədə bıçaq xəsarəti yetirib hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz