Əlaqə Arxiv
news Image
2017.10.05
13:40
| A A A
Taksiçilərin müştəri üstündə qanlı davası – Təfərrüat

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Elşən Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Movqe.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elşən Nuriyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilib. Elşən Nuriyev məhkəmə zalından həbs edilib.

İttihama görə, təqsirləndirilən şəxs Elşən Nuriyev taksi sürücüsü olub. Hadisə baş verən vaxt onun yanına müştəri gəlib. Elşən müştəri ilə danışan zaman zərərçəkmiş araya girib və o, müştərinin özü aparacağına müdaxilə edib.

Zərərçəkmişin bu hərəkətindən Elşən Nuriyev əsəbləşib və özündə olan bıçaqla onu vurub.

Elşən Nuriyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Sizin Reklam Yeriniz