news Image
2017.10.05
15:30
| A A A
Lənkəranda evini su basan qadınla əlaqə kəsilib

Lənkəranda yağan güclü yağış bir sıra fəsadlar törədib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran çayının daşması nəticəsində Rvo kəndində Təranə Muxtarovaya məxsus evə ciddi ziyan dəyib. Çayın daşması səbəbindən evin bir hissəsini sel yuyub, aparıb, ev sahibi isə köməksiz vəziyyətdə qalıb. Hazırda onunla əlaqə kəsilib. Əlaqədar qurumlara məlumat verilib.