Əlaqə Arxiv
news Image
2017.10.06
09:42
| A A A
Rusiyada avtobusun qatarla toqquşması nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. 
 
Movqe.az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Ölənlər arasında uşaqların da olduğu deyilir. 
 
***
 
08.12
Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb. Movqe.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
 
Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir.  
 
Qəza yerli vaxtla saat 03.30-da (Bakı vaxtı ilə 04.30-da) baş verib.    
 
Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub. 
***** 06.42
 
Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində 10 nəfər ölüb.  Avtobus dəmir yolu keçidini keçərkən sərnişin qatarı ilə toqquşub.  Ölənlərin sayının artacağı istisna olunmur.

Sizin Reklam Yeriniz