news Image
2017.10.09
14:45
| A A A
Zaqatalada evlərdən qızıl oğurlayan dəstə üzvləri tutulub

Oktyabrın 8-də Zaqatala Rayon Polis Şöbəsinə rayonun Muxax kəndindəki evlərdən birindən soyğunçuluq edilməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, məlumatla əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilib, təxirəsalınmaz tədbirlər görülüb.

Məlum olub ki, həmin gün saat 4 radələrində mənzilə pəncərədən girmiş maskalı şəxslər ev sahibəsinə və onun azyaşlı nəvəsinə zor tətbiq edib oradan gümüş və geyim əşyaları aparıblar.

Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Vasif Məmmədvəliyev, Beyləqan rayon sakini Elməddin Abbasov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Etimad Xankişiyev tutulublar.

Araşdırmalarla V.Məmmədəliyevin və E.Abbasovun daha bir cinayət əməli üzə çıxıb. Aparılan əməliyyat tədbirləri ilə onların iyunun 6-da rayon ərazisindəki daha bir evdən pul və qızıl əşyalar oğurlamaları müəyyən edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs