Əlaqə Arxiv
news Image
2017.10.11
12:44
| A A A
Bakıda naməlum kişi meyiti tapılıb

Bu il sentyabrın 23-də Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs ölüb.

 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən movqe.az-a bildirilib ki, həmin şəxsin əlamətləri belədir - boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.
 
Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Sizin Reklam Yeriniz