news Image
2017.10.11
15:23
| A A A
21 evi qarət edən dəstə üzvləri tutuldu

Paytaxtda evləri qarət edən dəstə üzvləri tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Movqe.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiklərinə görə, tutulan Kamil Məmmədovun, Cəlal İbrahimovun və Elçin Hüseynovla bağlı Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin avqust ayından indiyədək olan müddətdə rayon ərazisindəki 21 evdən qızıl əşyalar, mobil telefon, elektrik naqili və qaz sayğacı oğurlamaları da müəyyən edilib.