news Image
2013.03.05
19:47
| A A A
“Camal LTD” MMC-də 18 min 935 manat məbləğində rüşvət necə aşikar olundu?

Azərbaycanın prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli və qətiyyətli mübarizə tədbirləri davam etdirir. Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində özgə əmlakını talamış şəxs barəsində cinayət işi başlanmışdır.Bu barədə Movqe.az-a Baş prokrorluqdan məlumat verilib.

Belə ki, şirkətə məxsus külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi barədə Bakı şəhərində fəaliyyət göstərən "Camal LTD" MMC-dən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılmışdır.

Müəyyən edilmişdir ki, cəmiyyətin satış meneceri Emil Niftalıyevə etibar edilmiş malın 2012-ci ilin iyun-iyul ayları ərzində qalığının yoxlanması zamanı 18 min 935 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Cəmiyyət tərəfindən keçirilmiş audit yoxlaması zamanı həmin çatışmazlıq təsdiqini tapmışdır.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.