Əlaqə Arxiv
news Image
2017.10.19
13:42
| A A A
Mingəçevirdə kütləvi dava olub, 22 yaşlı gənc ağır xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Mingəçevir şəhərində kütləvi dava olub. 

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivin sakini, 1995-ci il təvəllüdlü Elman Əkbər oğlu Quliyev mübahisə zəminində eyni vaxtda üç nəfər tərəfindən döyülüb. Nəticədə onun su arxına yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralının xəstəxanaya çatdırıldığı bildirilib. 
Eyni zamanda hadisə yerinə gələn E.Quliyevin anasının da təhqir olunaraq kobudluğa məruz qaldığı vurğulanır. 
E.Quliyevin məcburi köçkün olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz