Əlaqə Arxiv
news Image
2017.10.20
15:39
| A A A
Türkiyədən Azərbaycana qanunsuz gətirilən qızıl zinət əşyaları müsadirə olunub

2 kiloqram 106 qram qızıl zinət əşyaları aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a  verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşının idarə etdiyi “İveco 440 S” markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Stasionar rentgen qurğusuyla (HCVG6032 markalı) aparılan yoxlama zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb. Həmin təsvir nəqliyyat vasitəsinin salonunda, sürücünün əyləşdiyi yerin üst hissəsində olan boşluqda müşahidə edilib. Həmin yerdə aparılan ayrıca yoxlama nəticəsində isə 7 ədəd sellofan bükülü aşkar edilib.

Aşkar olunan sellofan bükülülərə baxış zamanı isə hər birinin içərisində müxtəlif sayda və növdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 2 kiloqram 106 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Sizin Reklam Yeriniz