Əlaqə Arxiv
news Image
2012.04.26
14:21
| A A A
Gözətçilər Baş Naziri döyüb

Mövqe.az xəbər verir ki , Ukraynada "Narıncı inqilabın" simvolu kimi tanınan keçmiş Baş Nazir Yuliya Timoşenkonun aclıq aksiyasına başlamasının səbəbi həbsdə 3 gözətçi tərəfindən döyülməsiymiş. Timoşenkonun verdiyi yazılı şərhdə : " Çarpayıma yaxınlaşdılar, üstümə adyal örtdülər və mənə şiddət göstərərək çarpayının kənarına doğru sürüməyə başladılar. Ağrı içərisində özümü müdafiə etməyə çalışanda isə mədəmə sərt bir yumruq vurdular." 7 il həbs cəzasına məhkum edilmiş Timoşenkonun vəkilinin verdiyi şərh bütün dünyanı ayağa qaldırıb.
Avropa Parlamenti Yaşıllar Partiyası millət vəkili Rebeka Hams Futbol Çempionatının Ukraynada təşkil edilməsinə qarşı etirazını bildirib. Almaniya hökümətini təmsil edən rəsmilərdən biri də UEFA prezidenti Mişel Platiniyə səslənib.

Əfqanə Məzahirqızı
Sizin Reklam Yeriniz