Əlaqə Arxiv
news Image
2017.10.26
17:10
| A A A
İsmayıllı sakinindən kiloyla narkotik götürüldü

İsmayıllı şəhər sakini Elməddin Ələsgərovdan 1 kiloqram 960,3 qram marixuana götürülüb. Movqe.az DİN-ə istinadən xəbər verir ki, ötən gün İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxil olan əməliyyat məlumatı əsasında şəhər sakini Elməddin Ələsgərov saxlanılıb. Polis əməkdaşları tərəfindən E.Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi narkovasitə aşkar olunaraq götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkovasitənin 1 kiloqram 960,3 qram marixuana olması barədə rəy verilib.

Faktla əlaqədar İsmayıllı RPŞ-də cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz