Əlaqə Arxiv
news Image
2017.10.30
17:37
| A A A
Fədayə Laçın avtoritetləri həbsdən necə qaçırıb? - ŞOK DETAL

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova Fədayə Baris qızı) həbsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Movqe.az musavat.com-a istinadən xəbər verir ki, Fədayə Laçın 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub. O, mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub.

Müğənni hazırda axtarışda olan Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verib və dustaqların qaçmasına yardım edib. Bu qaçış uzun müddət əvvəl planlaşdırılıb. 

Sizin Reklam Yeriniz