Əlaqə Arxiv
news Image
2017.11.15
16:26
| A A A
Nardaranda polis əməliyyatı - FOTO

Nardaran qəsəbə sakini narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, noyabrın 13-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yarım kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.

Noyabrın 14-də isə 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər. Bu zaman oradakı yardımçı otaqdan xüsusi kultivasiya olunmuş, ümumi çəkisi 18 kiloqrama yaxın olan 85 ədəd çətənə kolları, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz