Əlaqə Arxiv
news Image
2017.11.16
12:30
| A A A
Fəhlə liftin şaxtasına düşdü

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

 

Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Sizin Reklam Yeriniz