Əlaqə Arxiv
news Image
2017.11.16
12:50
| A A A
14 yaşlı qız sosial şəbəkə qadağasına görə özünü binadan atdı

Kiyevin Desnyansk rayonunda intihar hadisəsi baş verib.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə,  14 yaşlı qız anasının sosial şəbəkələrdən istifadəyə qoyduğu qadağaya görə intihar edib.

 

Məlumata görə, ana planşeti qızının əlindən alaraq sosial şəbəkələrə daxil olmağı qadağan edib. Bundan sonra evdə tək qalan qız özünü 5-ci mərtəbədən yerə atıb.  Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Sizin Reklam Yeriniz