Əlaqə Arxiv
news Image
2017.11.16
14:50
| A A A
Arvadını qətlə yetirən ər məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının qətlində ittiham olunan 35 yaşlı Ramin Şükürovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Movqe.az-ın xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Məhkəmə baxışı noyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi Corat qəsəbəsində baş verib. Dörd uşaq anası Xəyalə Həsənova keçmiş əri Ramil Şükürov tərəfindən öldürülüb. R.Şükürov hadisə zamanı Xəyaləyə 17 bıçaq zərbəsi endirib. İlkin araşdırma zamanı Xəyalənin bir müddət əvvəl ərindən boşandığı məlum olub. Qətli törədən R.Şükürov özü könüllü olaraq polis idarəsinə gələrək törətdiyi cinayəti etiraf edib.

Sizin Reklam Yeriniz