Əlaqə Arxiv
news Image
2017.11.20
12:28
| A A A
Azərbaycanda dəhşətli hadisə: özünü maşının altına atdı - YENİLƏNİB

12:24

Yevlax rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Movqe.az  lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 321-ci kilometrliyində, Yevlax rayonu ərazisində 60-65 yaşlı kişi özünü hərəkətdə olan "Toyota" markalı, 99 FV 660 dövlət nömrə nişanlı avtomobilin altına atıb. O, hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı ölən şəxsin 1952-ci il təvəllüdlü Hüseynov Tofiq Abdulhüseyn oğluolduğu müəyyən edilib. "Toyota"nın sürücüsü bildirib ki, həmin şəxs qəfil yola çıxıb və sürətlə hərəkətdə olan avtomobili qəzadan yayındıra bilməyib.

Faktla bağlı araşdırma aparılır.

----------

 

09:08

Mingəçevirdə meyit tapılıb.

Movqe.az report-a istinadən xəbər verir ki, "Mingəçevir stansiyası" adlanan ərazidə, körpünün altında kişi meyiti aşkarlanıb. 
Araşdırmalar nəticəsində onun Ucar rayon Qazyan kənd sakini, 1955-ci il təvəllüdlü Tofiq Abdulhüseyn oğlu Hüseynov olduğu məlum olub.

İlkin ehtimallara görə, onun avtomobil tərəfindən vurularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz