Əlaqə Arxiv
news Image
2017.11.20
15:21
| A A A
Şirvan Telekommunikasiya Qovşağından kabel oğurlayanlar tutulub

Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Telekommunikasiya Qovşağına məxsus kabellərin oğurlanması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Movqe.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Mustafa Eyvazov və Əlizaman Kazımov saxlanılıblar.

Otuz metrə yaxın kabeli kəsib oğurladıqlarını etiraf edən saxlanılanlar onu sataraq əldə etdikləri pulu aralarında böldüklərini bildiriblər.

Polis əməkdaşları tərəfindən maddi sübüt kimi hər iki şəxsin kabelləri kəsmək üçün istifadə etdikləri mişarlar götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz