Əlaqə Arxiv
news Image
2017.11.21
11:36
| A A A
Hacıqabulda 4 min manatlıq telefon oğurlayan tutulub

Hacıqabul rayonunda telefon oğurlayan şəxs yaxalanıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Hacıqabul rayon sakini Kamil Quliyev oktyabrın 18-də rayon RPŞ-yə ərizə ilə müraciət edərək bir gün əvvəl şəhərin Ə.Vahid küçəsində yerləşən telefon mağazasının tavanını sındırmaqla içəriyə daxil olan şəxs(lər)in oradan 4 min manat dəyərində telefonları oğurladığını bildirib.

Polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Samid Minaxanov saxlanılaraq şöbəyə gətirilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib. Oğurladığı telefonlar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.

 

Sizin Reklam Yeriniz