news Image
2017.12.07
12:50
| A A A
Xırdalanda yaşayış binasında baş verən yanğında 3 nəfər zəhərlənib

Abşeron rayonunun Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yanğın hadisəsi zamanı bina sakinləri təxliyə edilib və alovun qarşısı alınıb: "Yanğın tam söndürülüb. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib".

Xatırladaq ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğın sonradan mənzillərə keçib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs