Əlaqə Arxiv
news Image
2017.12.07
13:30
| A A A
Bakıda xəstəxanada ölən qızla bağlı cinayət işi açıldı

20 yaşlı qızın əməliyyatdan sonra ölməsi ilə bağlı cinayət işi açılıb. Bakı şəhər prokurorluğundan Movqe.az-a verilən məlumata görə, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib. Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilib.

Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz