Əlaqə Arxiv
news Image
2017.12.08
14:38
| A A A
Tanışını butulka ilə öldürənə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının başına araq butulkası vuraraq öldürməkdə təqsirləndirilən Sərxan İsmayılova hökm oxunub.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Tamella Nəsrulayevanın icraatında olan prosesdə S.İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xaçmaz rayonunda fəhlə işləyən S.İsmayılov kafedə tanışı Əlihüseyn Əzizli ilə yeyib-içiblər. Sərxoş dostlardan Ə.Əzizlinin digərini söyməsi davaya səbəb olub və S.İsmayılov stolun üstündəki 0.7 litrlik araq butulkasını onun başına çırpıb.  Xəstəxanaya yerləşdirilən Ə.Əzizli 3 gün sonra vəfat edib.

Sizin Reklam Yeriniz