Əlaqə Arxiv
news Image
2017.12.14
12:48
| A A A
16 yaşlı oğlan ürəyindən bıçaqlanaraq öldürüldü

Ağdaşda qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.
 
16-17 yaşlarında olan oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.
 
Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.
 
Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.

Sizin Reklam Yeriniz