Əlaqə Arxiv
news Image
2017.12.14
18:15
| A A A
Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib

 Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib. "Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, Ağdaş şəhər sakini, Tərlan Hacıyev həmyerlisi Ətraf Nəsibovu  qətlə yetirdikdən sonra Qəbələ rayonunda yaşayan dayısının evinə qaçıb.
Dayısı məsələni bildikdən sonra ona polisə təslim olmasını deyib və bununla razılaşmayan T.Hacıyev dayısıgildən yaxınlıqdakı meşəyə doğru qaçıb. Dayısı bununla bağlı polisə məlumat verib, daha sonra bacısı oğlunun ardınca gedərək onu tapıb və əraziyə gələn polis əməkdaşlarına təhvil verib.

Sizin Reklam Yeriniz