Əlaqə Arxiv
news Image
2017.12.18
14:41
| A A A
Əbədiyyətdə əriyənlər: cəsədləri turşu və suda həll edirlər - FOTO

Vəfat edəndən sonra cəsədinin yandırılmasını və külünü kosmosa çıxarılıb səpələnməsini istəyənlər var. Təbii, belələri az olsa da, mövcuddur. Amma insanların əksəriyyəti dünyasını dəyişəndən sonra adi, rutin qaydada dəfn olunur.

Movqe.az milli.az-a istinadən bildirir ki, fəqət, dəfn üsulları arasında torpağa basdırılma və ya kremasiya ilə yanaşı, alternativ vasitə də son vaxtlar populyarlaşır.

Həmin vasitə rosamasiyadır.

Britaniyada ilk rosamasiya servisi işə salınıb. Ekoloji təmiz kimi reklam edilən, "su ilə kremasiya" adlanan prosedur zamanı cəsəd torpedoya bənzəyən kameraya salınır və orada 152 dərəcəyədək qızdırılmış kamerada turşu məhlulunda əridilir.

İngiltərənin Uest-Midlends səmtindəki "Rowley Regis" krematoriyasında 300 min funt-sterlinq dəyərində avadanlıq var.

Burada poladdan hazırlanmış "Resomator"  adlı rezervuara salınan cəsəd insan bədəninin təbii parçalanmasını sürətləndirən turşu məhlulunda olur. Məhlul cəsədi əridir və sadəcə, sümüklər qalır.

Sümüklər sonra krematoridə yandırılır və mərhumun ailə üzvlərinə, yaxınlarına kül verilir. Cəsədin həll olunduğu məhlul isə kanalizasiyaya axıdılır.

 

Di gəl, yerli "Severn Trent" su-kanalizasiya  şirkəti krematorini su ilə təmin etmək istəmir: "Biz, sadəcə, məişət və sənaye tullantılarını utilləşdiririk. Məhlulda həll olunmuş cəsədlər bizlik deyil".

"Water UK" isə bəyan edib, insan cəsədinin həll olunduğu məhlulun kanalizasiya sisteminə axıdılmasını vətəndaşlar yolverilməz saya bilərlər.

Britaniyadakı "Resomation" şirkəti hazırda Qərbi Yorkşirdəbelə krematorilər inşa edir.

Şirkətin sahibi, 61 yaşlı biokimyaçı Sendi Sallivan deyir: "Bu yaxınlarda rosomasiya prosedurlarına kütləvi şəkildə başlayacağımızı düşünürəm. Məhlulun kanalizasiyaya axıdılmasında da anormallıq, qəbahət görmürəm. Çünki bu məhlul sterildir, onun tərkibində DNT yoxdur. Cəsəd basdırılandan sonra torpaqda çürüyür, təbiət onu "əridir". Biz bu prosesi, sadəcə, sürətləndiririk".

ABŞ-da bu "servis"lə "Donated Body" şirkəti məşğul olur.

Sizin Reklam Yeriniz