news Image
2013.03.18
10:50
| A A A
İranda 17 Azərbaycan vətəndaşı saxlanılıb
İran və Türkiyə sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən 17 Azərbaycan vətəndaşı İran sərhədçiləri tərəfindən saxlanılıb. Bunu İranın İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari deyib. Movqe.az-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verib.

Zülfüqari deyib ki, saxlanılan şəxslərdən 15-i kişi və 2-si isə qadındır.

Onun sözlərinə görə, insan qaçaqçıları həmin şəxsləri sərhəd ərazisində buraxıb gediblər və sərhədçilər kənd sakinlərinin dəstəyi ilə soyuq hava və qar nəticəsində həyatları təhlükədə olan 17 azərbaycanlını ölümdən xilas ediblər.