Əlaqə Arxiv
news Image
2018.01.16
14:11
| A A A
54 yaşlı həkim tərəfindən zorlanan 20 yaşlı qız: "Hekayəmi danışmaqdan qorxmuram"

Amerikalı gimnast Simona Bayls keçmiş yığma komanda həkimi Lari Nassar tərəfindən təcavüzə məruz qaldığını deyib.

Movqe.az xəbər verir ki, 2016-cı il Rio Olimpiya oyunlarında 4 qızıl medal qazanan 20 yaşlı qız həkim haqqında bu cür iddia irəli sürən ilk idmançı deyil. Baylsdan öncə Qabbi DuqlasMakkayla Maronet və Ali Raysman da Nassarı təcavüzdə ittiham etmişdi. 

Sosial şəbəkə hesabında bu haqda açıqlama verən Simona yazıb:

"Hekayəmi danışmaqdan qorxmuram. Bu idmanı çox sevirəm və heç vaxt ondan əl çəkməyəcəm. Belə adamların mənim sevgimi oğurlamasına icazə verməyəcəm".

Nassar 1998-2015-ci illər arasında 3-ü 13 yaşdan aşağı ümumi 7 gənc qıza tibbi yardım zamanı təcavüz etdiyini qəbul edib. Bu səbəbdən keçən il 60 illik həbs cəzası alıb. 

milli.az

Sizin Reklam Yeriniz