Əlaqə Arxiv
news Image
2018.01.17
16:13
| A A A
Şəmkirdə intihar edən gəncin acı taleyi

Hadisə ötən gecə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Movqe.az ölkə.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Hüseynov Tural Sakit oğlu yaşadığı mənzildə bıçaqla ürək nahiyyəsinə bir zərbə vuraraq intihar edib.

Hadisə barədə ilk xəbər tutan gəncin ailə üzvləri olub.

Yaralını dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirsələrdə həyatını xilas etmək mümkün olmayıb. 

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

Özünü öldürən şəxslə bağlı Zəyəm Cırdaxan kəndinin icra nümayəndəsinin müavini Rahilə Həsənova müsbət fikirlər söylədi. Onun sözlərinə görə, "Hüseynovlar kənddə kasıb, sakit ailə kimi xarakterizə olunur. Tural həm gözdən, həm də fizioloji cəhətdən zəif olduğuna görə hərbi xidmətə getməyib. Ailənin kiçik övladı olan Turalın heç kimlə münaqişəsi olmayıb. Onun özünü öldürməsinə görə bütün kənd şokdadır".

Sizin Reklam Yeriniz