Əlaqə Arxiv
news Image
2018.01.18
10:20
| A A A
Bir gündə 4 qəza: 2 ölü, 4 yaralı

2018-ci il yanvar ayının 17-dən 18-dək daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. 

 

 

DİN-in mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  

 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Sizin Reklam Yeriniz