Əlaqə Arxiv
news Image
2018.01.18
12:00
| A A A
Bakıda avtomobil yaşlı qadını vurub

Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Movqe.az-ın xəbərinə görə, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Nəsibova Nazlı Tərxan qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Sizin Reklam Yeriniz