Əlaqə Arxiv
news Image
2018.01.18
13:10
| A A A
Bakıda 2 yeniyetmə qız yoxa çıxıb

Bakıda yeniyetmə qızların itkin düşməsi ilə bağlı polisə müraciətlər daxil olub. Movqe.az xəbər verir ki, 30 yaşlı Aygün Cabbarova polisə müraciət edərək bildirib ki, 14 yaşlı qızı Günay yanvarın 15-də bulvarda olarkən ondan ayrılıb. Anasının yanından uzaqlaşan qız daha sonra geri qayıtmayıb. Oxşar müraciətlə Qalina Samoylova adlı qadın da polisə müraciət edib. O qeyd edib ki, ruhi-əsəb xəstəsi olan 15 yaşlı qızı Qabriella yanvarın 4-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
Hər iki müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.

Sizin Reklam Yeriniz