Əlaqə Arxiv
news Image
2018.01.19
18:12
| A A A
Dubayda qadın satan Vəfaya 9 İL HƏBS TƏLƏBİ

Dubaya qadın apararaq onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Mürşüdova Vəfa Ramiz qızının cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Movqe.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Sabir Abdinov  Vəfa Mürşüdovanın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 26- da davam edəcək.

Qeyd edək ki, Vəfa Mürşüdova Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində axtarış elan edilib.

2017-ci il sentyabr ayının 22 - də Vəfa Mürşüdova DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq dövründə Vəfa Mürşüdovanın işi üzrə iki zərərçəkmiş kimi bir neçə qadın tanınıb.

lent.az

 

Sizin Reklam Yeriniz