Əlaqə Arxiv
news Image
2018.01.22
10:45
| A A A
Yevlax sakini həmyerlisini ölümcül bıçaqladı

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Movqe.az-ın məlumatına görə, rayon sakini Quliyev Məhərrəm Alı oğlu həmyerlisi Məmmədov Fidar İsrafil oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində M.Quliyev F.Məmmədovu öldürməyə cəhd edib və ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən M.Quliyev saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinaytət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Trend

Sizin Reklam Yeriniz