Əlaqə Arxiv
news Image
2018.01.22
16:47
| A A A
Bakıda tapança ilə gəzən "zek" tutuldu - FOTO

Bakıda üzərində silahla gəzən şəxs saxlanılıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan "TT" markalı tapança aşkar olunaraq götürülüb.

Qeyd edək ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Sizin Reklam Yeriniz