Əlaqə Arxiv
news Image
2013.03.28
15:38
| A A A
Bakıda xüsusi amansızlıqla qətlə yetirilərək bədəni bir neçə hissəyə bölünmüş qadının başının fotosu yayılıb

Bakıda xüsusi amansızlıqla qətlə yetirilərək bədəni bir neçə hissəyə bölünmüş qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qadının başı bədənindən ayrıldığı üçün əməliyyatçılar onun şəxsiyyətini müəyyənləşdirməkdə çətinliklə üzləşiblər.

 

Buna görə də polis mərhumun fotosu yaymağa qərar verib. Binəqədi Rayon Polis İdarəsindən qadının ölümündən sonrakı fotosu APA-ya təqdim edilib.

 

Şəkildən aydın olur ki, qətlə yetirilən qız 20-25 yaşlarındadır. Şəkildəki qadını tanıyanlardan və onun haqqında hər hansı məlumata malik olan şəxslərdən Daxili İşlər Nazirliyinin "102" xidmətinə və ya Binəqədi rayon Polis İdarəsinə Tel: 014360202, 050 373 5717 nömrələrinə məlumat vermələri xahiş olunur. 

 

Polisdən APA-ya verilən məlumata görə, mərhumun bədəni bir neçə yerə bölünüb, onun bir böyrəyi, sağ ayağı və gövdəsi hələ tapılmayıb. Ona görə də qadının bədənində hansısa əlamətlərin olduğunu müəyyən etmək mümkün olmayıb.

 

Qeyd edək ki, martın 13-də Bakıda "Baksol yolu" adlanan ərazidəki zibillikdə qadın meyiti tapılıb. Tapılan meyitin başı, iki qolları və sol ayağı kəsilib. Meyitin daxili orqanları da çıxarılıb.

 

Qadının başı bir neçə gündən sonra Saray qəsəbəsindəki qəbiristanlıqda torbada aşkar edilib. Aşkar edilən baş müayinə üçün ekspertizaya göndərilib. 


Sizin Reklam Yeriniz