Əlaqə Arxiv
news Image
2018.02.15
14:38
| A A A
Özündən 11 yaş kiçik sevgilisini öldürməyə çalışan kişiyə rədd cavabı

Bakıda özündən 23 yaş kiçik sevgilisini öldürməyə cəhddə təqsirləndirilən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Hakimlər kollegiyasının qərarına əsasən, C.Mustafayevin apellyasiya şikayəti təmin edilməyib.
 
 
Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Bakı sakini C.Mustafayev əvvələr qeyri-rəsmi nikah münasibətində olduğu Raziyyə Verdiyevanı öldürməyə cəhd edərək bıçaqlayıb.
 
Məlumata görə, hər iki şəxsin qeyri-rəsmi nikah münasibətlərindən azyaşlı övladları var. Qadın övladını uzun müddət C.Mustafayevə göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.
 
Zərərçəkmiş R.Verdiyeva Bakıda fəaliyyət göstərən barların birində çalışıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Mustafayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Sizin Reklam Yeriniz