Əlaqə Arxiv
news Image
2018.02.15
16:48
| A A A
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitə aşkar edilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Omega" markalı nəqliyyat vasitəsinə "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Movqe.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən avtomobilin ön və arxa oturacaqlarının söykənəcəklərinin içərisindən və yük yerindən gömrük nəzarətindən gizlədilən, üzərində "Korsarka" sözləri yazılan 28 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz