Əlaqə Arxiv
news Image
2018.02.21
22:30
| A A A
Naməlum şəxslər beş polis işçisini və bir hərbçini güllələyib

Naməlum silahlıların Cənubi Afrika Respublikasının (CAR) Şərqi-Kap əyalətində polis məntəqəsinə hücumu nəticəsində beş polis əməkdaşı və bir hərbçi həlak olub.

Movqe.az  xəbər verir ki, yerli News24 telekanalının yaydığı məlumata görə, silahlılar fevralın 21-də səhər saatlarında polis məntəqəsinə soxulub və oradakı insanları atəşə tutublar. Polislərdən üçü atışma zamanı həlak olub. Sonra bir hərbçini qətlə yetirən naməlum şəxslər məntəqədə olan silahları və hüquq mühafizə orqanlarının iki əməkdaşını da girov götürərək polis avtomobilində hadisə yerini tərk ediblər. Sonradan girovların cəsədləri insidentin baş verdiyi ərazidən 6 kilometr məsafədə avtomobil yolunun kənarında aşkarlanıb.

Cinayətin motivləri və hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.

Sizin Reklam Yeriniz