Əlaqə Arxiv
news Image
2018.02.22
14:09
| A A A
Abşeronda piyadanı maşın vuraraq öldürüb

Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Mehdiabad-Novxanı yolunda baş verib.
Belə ki, sürücü, 1987-ci il təvəllüdlü Orxan Hamlet oğlu Əkbərov idarə etdiyi 50 DG 915 dövlət nömrə nişanlı avtomobillə hərkətdə olarkən yolu keçmək istəyən təxminən 35-40 yaşlarında kişini vurub. Hadisə zamanı piyada elə yerində dünyasını dəyişib. Sürücü isə saxlanılaraq istintaqa cəlb olunub.
Qeyd edək ki, ölən şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz