Əlaqə Arxiv
news Image
2018.02.23
10:56
| A A A
Şəmkirdə sərnişin takisi sürücüsünü öldürdü

Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib. 

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaçlı kəndinə baş verib.  Belə ki, Şəmkirda taksi sürücü kimi fəaliyyət göstərən, Şəmkir rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaçlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb.

Ora çatanda sərnişinlə sürücü arasında gediş haqqı üstdə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan sürücü yerləşdirildiyi xəstəxanada ölüb.

 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz