Əlaqə Arxiv
news Image
2018.03.13
15:59
| A A A
Bakıda qadınlara qənim kəsilən Qazaxıstan vətəndaşına AĞIR CƏZA

Quldurluqda və soyğunçuluqda təqsirləndirilən Qazaxıstan Respublikasının vətəndaşı Alı Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Movqe.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, A.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Tağıyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, ötən il Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını boğazından qırıb götürərək hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Qazaxıstan Respublikasının vətəndaşı A.Tağıyev hadisə yerinin yaxınlığında saxlanılıb.
 
Araşdırma zamanı saxlanılan şəxsin həmin gün rayon ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl boyunbağısını quldurluq yolu ilə ələ keçirdiyi məlum olub. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsinə A.Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də məlum olub.

Sizin Reklam Yeriniz