Əlaqə Arxiv
news Image
2018.03.15
11:09
| A A A
Sumqayıtda döyülən gənc komaya düşüb

Sumqayıt şəhərində döyülən 23 yaşlı oğlan komaya düşüb. "Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində baş verib.
Belə ki, şəhərin Corat qəsəbə sakini, 1995-ci il təvəllüdlü İbrahim Tofiq oğlu Mirzəyev ötən gecə yaşadığı ərazidə naməlum şəxslərin hücumuna məruz qalıb. Möhkəm döyülən gənc xəstəxanaya aparılarkən yolda komaya düşüb. 
Həkimlərin verdiyi məlumata görə, yaralı Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz