Əlaqə Arxiv
news Image
2018.04.17
10:27
| A A A
Bakıda yanacaqdoldurma məntəqəsinə "silah"lı basqın edən şəxslər yaxalandı-VİDEO

Xətai rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Xətai rayonu R. Quliyev küçəsi 12 saylı ünvanda yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinə basqın hadisəsinin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Həsən Mansurov və 2002-ci il təvəllüdlü Bəxtityar Camalov  saxlanılaraq Xətai rayon RPİ İŞ-ə təhvil veriliblər. Onlar cinayəti törətdiklərini etiraf ediblər. 

Xatırladaq ki, Movqe.az dünən cinayət hadisəsi barədə məlumat və videogörüntü yaymışdı. Həmin məlumata görə, aprelin 16-da gecə saat 02.48 radələrində Xətai rayonunda yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib onlardan 867 manat pul alaraq hadisə yerini tərk ediblər.  Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb. Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz