news Image
2018.04.17
14:14
| A A A
Türkiyədə azərbaycanlı qadın döyülərək öldürüldü

Türkiyənin cənub-qərbində olan Dənizli vilayətinin Pamukkale rayonunda yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər 33 yaşlı Türkay İsayevanın qonşuları mənzildə meyit olması barədə polisə müraciət ediblər. İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilir. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.

Polis əməkdaşları binadakı təhlükəsizlik kamerasının görüntülərinə baxıb. Binanın sakinləri meyitin tapıldığı mənzildə çox vaxt dava-dalaş olduğunu, orada gecə klubvlarında işləyən qadınların yaşadığını deyiblər.

 

Hazırda cinayətin kim tərəfindən törədildiyi və həmin şəxsin saxlanılması istiqamətində iş başladılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs