Əlaqə Arxiv
news Image
2018.04.19
11:58
| A A A
30 yaşlı qadını əri bıçaqladı

Saatlı sakini 4 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaranuru kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyeva Validə Əliabbas qızı bel və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb. İlkin tibbi yardım göstərilən qadın palataya köçürülüb. Qadının əri tərəfindən bıçaqlandığı ehtimal olunur.
 
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz