Əlaqə Arxiv
news Image
2018.04.19
12:06
| A A A
10 yaşlı iki məktəblini avtomobil vurdu

Şamaxı və Ağdaş rayonlarında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 2008-ci il təvəllüdlü Məlikov Mehdi Azər oğlu yolu keçərkən avtomobil onu vurub. Ayağından ağır xəsarət alan uşaq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ağdaş rayonunun Şəkili kənd sakini, 2008-ci il təvəllüdlü Eyyubov Məhəmməd İlyas oğlunu isə oxuduğu orta məktəbin qarşısında avtomobil vurub. Başından ağır xəsarət alan Məhəmməd İlyasov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz